Xəbər verdiyimiz kimi, "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycandan səslərin təqdim edilməsi zamanı problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu səbədən də Azərbaycandan xalları İctimai TV-nin aparıcısı Nərmin Salmanova deyil, Martin təqdim edib.
Bununla bağlı N.Salmanova sosial şəbəkədə paylaşım edib.
"Avroviziya yarışında canlı bağlantıya çıxa bilmədik. Yayım bizdən olmayan səbəbdə dayandırıldı.Yarı.madan dərhal sonra "Sabaha saxlamayaq" verilişində əslində kimə 12 xal verdiyimizi məsələnin ətraflı izahı təqdim edəcəyikr", - deyə paylaşımda qeyd olunur.
***
02:20
“Avroviziya” mahnı müsabiqəsinin böyük finalında səsvermə davam edir.
Bakıvaxtı.az xəbər verir ki, finalda Azərbaycan ən yüksək – 12 xalı Böyük Britaniyaya verib.
Qeyd edək ki, səsvermə zamanı xalları Azərbaycandan elan edilməsi zamanı problem yaranıb və təqdim edən şəxsin görüntüsü olmayıb.
Aytac Aslan
















