Avstraliyada müdafiə etdikləri məqsəd üçün zorakılıqdan istifadə etməyə meyl edənlərin sayı artıb.
Bakıvaxtı.az "ABC News"a istinadən xəbər verir ki, bu barədə Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının (ASIO) direktoru Mike Burgess açıqlama verib.
Onun sözlərinə görə, İsrailin Qəzzaya hücumları və gənclərin radikallaşması kimi müxtəlif səbəblərdən cəmiyyətdə yaranan gərginliyə görə Avstraliya hökumətinin terror təhlükəsi mümkün səviyyəyə qalxıb:
"Səviyyənin artırılması ASIO-nun hər hansısa hücumla bağlı kəşfiyyat planlarının olmaması demək deyil. Terrorizmin səviyyəsinin yüksəlməsi gənclər arasında və onlayn mühitdə radikallaşmanın artması və yeni mürəkkəb ideologiyaların ortaya çıxması ilə bağlıdır".
Gülşən Şərif
















