• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avstriya kansleri koronavirusa yoluxub

DÜNYA

07 Yanvar 2022 | 22:00 | Müəllif: Subhan Mahmudov

Avstriya kansleri koronavirusa yoluxub

Avstriya kansleri Karl Nehammer koronavirusa yoluxub.

O, hazırda ev şəraitində özünü təcrid edib.

Bu barədə cümə günü Avstriya Federal Kanslerinin İdarəsi məlumat yayıb.

“Nehammer təbii ki, üç dəfə peyvənd olunub. O, ev karantinindədir”, - deyə məlumatda bildirilib.

Nehammer çərşənbə axşamı tətildən qayıtdıqdan sonra cümə günü COVID testi verib və onun cavabı pozitiv çıxıb.

Kanslerin arvadı və uşaqları virusa yoluxmayıb.

Qeyd edildiyi kimi, kanslerdə xəstəliyin əlamətləri müşahidə olunmayıb.

“Narahatlığa əsas yoxdur, özümü yaxşı hiss edirəm”, deyə Nehammer bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR