• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

II Elizabet Britaniyanın gələcək kraliçasının adını açıqladı

DÜNYA

06 Fevral 2022 | 16:21

II Elizabet Britaniyanın gələcək kraliçasının adını açıqladı

Böyük Britaniya Kraliçası II Elizabet taxta çıxmasının 70-ci ildönümündə konsort kraliçanın adını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu il taxta çıxmasının 70-ci ildönümünü qeyd edən 95 yaşlı Kraliça yazılı mətnlə ölümündən sonra böyük oğlu Şahzadə Çarlzın kral olacağını və gəlini Kornuoll hersoqinyası Kamillanın isə konsort kraliça olmasını istədiyini açıq şəkildə bildirib.

“Oğlum Çarlz kral olan zaman ona və onun xanımı Kamillaya mənə verdiyiniz dəstəyi göstərməyinizi istəyirəm. Səmimi arzum budur ki, Çarlz Kral olanda həyat yoldaşı Kamillanı da konsort kraliça olaraq qəbul edəsiniz”.

Qeyd edək ki, 1952-ci il fevralın 6-da Kral VI Corcun ölümündən sonra 25 yaşlı II Elizabet Kraliça elan olunub.


II Elizabet Britaniyanın gələcək kraliçasının adını açıqladıII Elizabet Britaniyanın gələcək kraliçasının adını açıqladıII Elizabet Britaniyanın gələcək kraliçasının adını açıqladı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026