• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avtomobil 10 yaşlı uşağı vuraraq öldürdü

HADİSƏ

10 Iyul 2022 | 00:35 | Müəllif: Qalib İbrahimoğlu

Avtomobil 10 yaşlı uşağı vuraraq öldürdü

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, rayonun Alıkənd kənd sakini, 2012-ci il təvəllüdlü oğlan axşam saatlarında velosipedlə yolu keçərkən Ziyatay Məmmədlinin idarə etdiyi "Toyota Prado" markalı minik avtomobilinin qarşısına çıxıb.

Sürücü idarəetməni itirərək velosipedçi uşağı vurub. Ağır bədən xəsarətləri alan 10 yaşlı Şamil Mahmudov Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026