• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Avtomobil aşdı -  Ölən və xəsarət alan var - YENİLƏNİB

HADİSƏ

07 Oktyabr 2023 | 21:12

Avtomobil aşdı - Ölən və xəsarət alan var - YENİLƏNİB

Gədəbəydəki qəzanın təfərrüatları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Orxan Allahverdiyevin idarə etdiyi Nissan markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Rasim Gülmmədov və 2003-cü il təvəllüdlü Əli Süleymanlı ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

20:35

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq ışıq dirəyinə çırpılıb və aşıb. Qəza zamanı iki nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026