• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ağsu dolaylarında "Mercedes" aşdı: Ata və oğlu öldü - YENİLƏNİB

HADİSƏ

06 Noyabr 2023 | 11:13 | Müəllif: Qalib İbrahimoğlu

Ağsu dolaylarında "Mercedes" aşdı: Ata və oğlu öldü - YENİLƏNİB

DİN Ağsu dolayında baş verən yol qəzası barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, noyabrın 6-da saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

10:57

Ağsu dolaylarında qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində “Mercedes” markalı avtomobil aşıb.

    Nəticədə iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.

    Faktla bağlı araşdırma aparılır.

     

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026