Sabirabadda qaz partlayışı baş verib.
Bakıvaxtı.az xəbər verir ki, partlayış ötən gün Sabirabad şəhəri Heydər Həmidov küçəsi, ev 59-da qeydə alınıb. Partlayış evin mətbəx hissəsində baş verib.
Həmin zaman mətbəxdə olan ev sahibi Südabə Zərbəliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.











jpg-1701754563.webp)




