• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Avtomobilin vurduğu piyada  xəstəxanada öldü

HADİSƏ

18 Mart 2023 | 10:37

Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Bakıda avtomobilin vurduğu piyada 2 gün sonra xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 15-i saat 18:10 radələrində paytaxtın Səbail rayonu, M.Hüseynov küçəsi 24 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İbişov Mahir Fidayə oğlu idarə etdiyi "BMW" markalı avtomobillə piyada, 1959-cu il təvəllüdlü Hacıyev Murtuzəli Məhəmməd oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən martın 17-si saat 22 radələrində müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026