• Bakı 18° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

 Avtomobillər toqquşdu: 5 nəfər... - YENİLƏNİB

HADİSƏ

18 Iyun 2025 | 17:48

 Avtomobillər toqquşdu: 5 nəfər... - YENİLƏNİB

Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində baş verən qəzada 2002-ci il təvəllüdlü Dəyanət Məmməd oğlu Balayev, 1999-cu il təvəllüdlü Məhərrəm Qədir oğlu Fərzullayev, 2005-ci il təvəllüdlü İbadət Aydın oğlu Məmmədov, 2007-ci il təvəllüdlü Mehman Kamran oğlu Məmmədzadə və 2007-ci il təvəllüdlü Murad Fəxri oğlu Babazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hazırda onların müalicələri davam edir.

***
17:15

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" markalı nəqliyyat vasitəsi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Dərhal əraziyə 3 təcili yardım avtomobili və həkim briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 5 nəfər şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

29 Sentyabr 2025