• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Avtomobillər toqquşdu: xəsarət alanlar var


 

HADİSƏ

06 Yanvar 2024 | 21:22

Avtomobillər toqquşdu: xəsarət alanlar var

Lənkəranda avtomobillər toqquşub, yaralılar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara-İran dövlət sərhəd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR