İrəvanın Erebuni rayonunda partlayış zamanı 2 nəfər ölüb.
Bakıvaxtı.az Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibinə istinadən xəbər verir ki, dağıntılar altından qadın və kişi meyiti çıxarılıb.
Ərazidə axtarış işləri davam edir.
...
12:47
İrəvanın Erebuni rayonunda partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sputnik-Armenia"ya Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisayan məlumat verib.
Qeyd edilib ki, bir neçə ev dağılıb, iki nəfər dağıntılar altında qalıb.
Sosial şəbəkələrin erməni seqmentində çörək sexində partlayış baş verdiyi barədə məlumat yayılıb.
...
12:13
Ermənistan paytaxtı İrəvanın Erebuni rayonunda çökmə ilə müşayiət olunan partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bu barədə "Sputnik Armenia"ya bildirib.
Qeyd olunub ki, dağıntılar altında insanlar ola bilər. İlkin məlumatlara görə, Nor-Areş 34 ünvanında yerləşən iki ev dağılıb.
Sosial şəbəkələrdə istifadəçilər partlayışın çörək sexində baş verdiyini yazıb.
















