Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Hərəkətdə olan "BMW"- X5 markalı minik maşını yoldan çıxaraq "VAZ 2106", "Opel" markalı avtomobillərə, ağaca və işıq dirəyinə çırpılıb.
Xəsarət alan olmasa da, avtomobillərə və elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.




















