55 yaşlı Güləbətin Zəkiyeva 2 aydan çoxdu ki, dayanacaqda yaşayır.
Bakıvaxtı.az-ın məlumatına görə, o, bundan əvvəl Reabilitasiya Mərkəzində yaşayıb. Xəstəliyi səbəbindən ordan çıxarılıb.
Əslən Qubadandır. Güləbətin Zəkiyeva deyir ki, ata-anası 10 ildən çoxdur vəfat edib, özü də bacı qardaşı ilə yaşamaq istəmədiyindən Bakıya qz tutub.
Güləbətin Zəkiyeva deyir ki, dayanacaqda yaşamaq çətindi. Amma yaşının çoxluğundan onu heç kəs işə götürmür.
Ətrafda yaşayan sakinlər də bu dayanacaqda gecələyən qadının vəziyyətindən narahatdırlar.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Murad Həşimov bildirib ki, Güləbətin Zəkiyeva 2021-ci ildə Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib və həyat şəraiti nəzərə alınaraq uzun müddət burada yaşayıb. O, keçən il öz ərizəsi ilə sığınacaqdan çıxıb. Bu il isə yenidən müəssisəyə qəbul edilib və müalicə alması məqsədilə 3 dəfə müxtəlif xəstəxanalara yerləşdirilib, amma vətəndaş hər dəfə öz istəyi ilə xəstəxananı tərk edib. Sonra qadın daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Quba rayonuna yola salınıb, lakin qısa müddət yaxın qohumlarının yanında qaldıqdan sonra yenidən Bakıya qayıdıb. Güləbətin Zəkiyevanın ailəsinə reinteqrasiya olunmasına və müalicəsi üçün müvafiq tibb müəssisəsinə yerləşdirilməsinə cəhd göstərilsə də vətəndaş etiraz edib.
Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.