• Bakı 23° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

17 Aprel 2024 | 16:50

Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

    2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

    2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib.

    Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

    ***

    12:06

    Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var. 

    Bakıvaxtı.az xəbər verir ki, jurnalistin həyat yoldaşı "olay.az"a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:

    “Səhhəti belə də. Qabırğaları qırılıb”.

    ***
    10:53

    TƏBİB tanınmış aparıcı Aytən Səfərovanın səhhəti ilə bağlı məluat yayıb.

    Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

    Əlavə məlumat veriləcək.

      ***

      09:57

      Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub.

      Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

        Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

        Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

        ***

        09:12

        Teleaparıcı Aytən Səfərova avtomobil qəzası keçirib.

        Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

        Hadisə 8 Noyabr prospektində qeydə alınıb.

        Məlumata görə, teleaparıcının səhhəti ağırdır.

        Ziyafət Əlisoy


        SON XƏBƏRLƏR

        29 Aprel 2024