“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıqlar tapılıb”
Bakıvaxtı.az xəbər verir ki. bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, söhbət burada minlərlə insandan getmir: "Ancaq ən azı bəlli sayda bəlli sayda insan qalıqları tapılıb. Azərbaycan qısa müddət ərzində bunları işğaldan azad edilmiş ərazilərdə müəyyən edib tapa bilirdisə, deməli, həmin həmin işləri törətmiş erməni tərəfi bu barədə çox məlumatlı, bələddir" deyən XİN başçısı bildirib ki, ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatların heç bir əsası ola bilməz.
"Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək", - deyə Ceyhun Bayramov qeyd edib.






jpg-1647017673.webp)









