• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan və Ermənistan XİN rəhbərləri Antalyada görüşə bilər

SİYASƏT

11 Mart 2022 | 21:30

Azərbaycan və Ermənistan XİN rəhbərləri Antalyada görüşə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü baş tuta bilər.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilərmi?” sualına cavabında deyib.

Prezidentin köməkçisi deyib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları görüşünün keçirilməsi fikri var.

“Belə bir fikir var, biz bunu dəstəkləyirik. Ermənistan da buna hazır olsa, Azərbaycan belə bir görüşə istənilən formatda, istənilən çərçivədə hər zaman hazırdır”, - Hikmət Hacıyev vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026