• Bakı 17° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı

CƏMİYYƏT

27 Oktyabr 2025 | 12:00

Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı

Azad olunan ərazilərdə oktyabrın 20-dən 26-na qədər 83 tank əleyhinə mina, 143 piyada əleyhinə mina, 5498 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, 1644.6 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


SON XƏBƏRLƏR