• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azad olunan ərazilərdə daha 165 mina aşkarlandı

HADİSƏ

04 Aprel 2022 | 12:15

Azad olunan ərazilərdə daha 165 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 68, tank əleyhinə 97 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 306,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Eyni zamanda 7 866 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Azad olunan ərazilərdə daha 165 mina aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026