• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Sexdən 6 min manatlıq oğurluq edildi

HADİSƏ

04 May 2022 | 11:57

Sexdən 6 min manatlıq oğurluq edildi

Nərimanov rayonunda sexdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6000 manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026