• Bakı 12° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Nazirlikdən hindistanlı turistin axtarışı barədə MƏLUMAT

HADİSƏ

03 Iyun 2022 | 11:07

Nazirlikdən hindistanlı turistin axtarışı barədə MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi hindistanlı turistin axtarışı barədə məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda deyilir:

“3 iyun 2022-ci il Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub.

M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026