Daxili İşlər Nazirliyi polis əməkdaşı Samir Zamanpurun vəfatı ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.
Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
***
09:15
Ağdaşda yol qəzası zamanı sabiq polis əməkdaşı vəfat edib.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Yuxarı Ləki kəndində baş verib.
İlkin məlumatlara əsasən, uzun müddət Ağdaş və Zərdab Dövlət Yol Polisi İdarələrinin əməkdaşı olmuş Samir Zamanpur qəzada həyatını itirib. Onun qəzanı şəxsi avtomobili ilə törətdiyi, qarşıdan gələn digər maşınla toqquşduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2 iyul Azərbaycanda polis işçilərini peşə bayramı kimi qeyd olunur.
Bakı 




jpg-1656825449.jpg)

