• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilib

CƏMİYYƏT

05 Sentyabr 2024 | 17:15

Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edib.

Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, zolağın uzunluğu 3 km-ə yaxındır.

Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Azadlıq prospektindən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120 mindən çox sərnişin daşınır.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.


Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilibAzadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026