Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Samir Musa oğlu Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Daha sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.
Maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinə malikdir.
Qeyd edək ki, Samir Rzayev bu təyinata qədər sözügedən vəzifəni müvəqqəti icra edib.
















