• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində təmsil olunub

MƏDƏNİYYƏT

11 Oktyabr 2024 | 16:45

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində təmsil olunub

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının (WTTC 2024) Qlobal Sammitində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Ümumdünya Səyahət və Turizm Şurasının baş icraçı direktoru Culia Simpson və “Trip.com Group”un baş direktoru Ceyn San ilə görüş keçiriblər.

Sammit zamanı keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti tərəfindən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən “Xınalıq və Köç yolu mədəni landşaftı”nın qorunub saxlanması, turizm üzrə biomüxtəlifliyin mühafizəsi və icma əsaslı turizmin inkişafı haqqında məlumat verilib.

Görüşdə diqqətə çatdırılıb ki, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında ilk dəfə turizm mövzusunun fəaliyyət gündəliyinə salınması turizmin iqlim dəyişikliyinə qarşı mübarizədə rolunu artırmağa, eləcə də iqlim dəyişikliyinin bu sektor üzərində mənfi təsirlərinin azaldılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, sammit turizm sektorunun gələcəyini formalaşdıran inkişaf tendensiyalarını, sənayenin üzləşdiyi problemləri, sektorun qlobal iqtisadiyyata təsirinin müzakirəsi, həmçinin innovativ həllər təklif etmək üçün hər il səyahət və turizm sənayesi liderləri ilə dövlət nümayəndələrini bir araya gətirən platformadır. Azərbaycan tərəfdaş ölkə olmaqla, Dünya Səyahət və Turizm Şurasının hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı Əsaslar” üzrə proqramının üzvüdür.


SON XƏBƏRLƏR

21 Dekabr 2024