• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycan millisi bu gün son oyununu keçirəcək

İDMAN

26 Noyabr 2023 | 13:32 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi bu gün son oyununu keçirəcək

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün sonuncu oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Gürcüstanla qarşılaşacaq.

Dauqavpils şəhərində gerçəkləşəcək matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Azərbaycan millisi buna qədər turnirdə Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya qarşı keçirdiyi görüşlərin hamısında rəqiblərinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026