• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Azərbaycan ötən ay neft ixracını artırıb

İQTİSADİYYAT

17 Fevral 2025 | 17:45

Azərbaycan ötən ay neft ixracını artırıb

Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyon 460 min 826,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu barədə Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 1 milyard 903 milyon 035,78 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,2 dəfə çoxdur.

Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 62,63 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son ildə ixrac 64,8 % artıb, idxal isə 79,7 % artıb.


SON XƏBƏRLƏR

11 Mart 2025