• Bakı C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Dövlət və icmal büdcələrinin tərtibi ilə bağlı məlumat mübadiləsi yaradılıb

İQTİSADİYYAT

19 Mart 2025 | 16:38

Dövlət və icmal büdcələrinin tərtibi ilə bağlı məlumat mübadiləsi yaradılıb

Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) vasitəsilə dövlət və icmal büdcələrinin tərtibi prosesi ilə əlaqədar qarşılıqlı məlumat mübadiləsi yaradıb, büdcə göstəriciləri ilə bərabər əlavələrin təqdim edilməsini təmin edib.

Bakıvaxtı.az bu barədə nazirliyə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, ötən il Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibi üzrə hesabatların elektron qəbulu, avtomatik icmallaşdırılması, qurumlar arası məlumatların real vaxt rejimində mübadiləsi, büdcə planlaşdırılmasına aid prosesin tam idarə olunması üçün BMİS təkmilləşdirilib, əhatə dairəsi genişləndirilib.

Hazırda dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə aidiyyəti dövlət qurumları ilə rəsmiləşdirilən protokolların elektron imza ilə imzalanaraq hər iki tərəfdən təsdiqlənməsi prosesi icra olunmaqdadır.

Xatırladaq ki, sənəd menecmentinin rəqəmsallaşdırılması çərçivəsində BMİS və digər elektron platformalar vasitəsilə dövlət qurumlarının informasiya mübadiləsi və sənəd dövriyyəsi avtomatlaşdırılıb. Ötən il BMİS vasitəsilə 10 125 sənəd dövriyyəsi aparılıb, sistemə 286 dövlət qurumu qoşulub, 874 aktiv istifadəçi qeydiyyata alınıb.


SON XƏBƏRLƏR