• Bakı 23° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Azərbaycan Qlazqoda keçirilən konfransda..." - Səfir

CƏMİYYƏT

02 Noyabr 2022 | 11:12

"Azərbaycan Qlazqoda keçirilən konfransda..." - Səfir

İqlim dəyişikliyinin nəticələri Azərbaycan üçün də təhlükəlidir.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda konfransda çıxışı zamanı deyib.

Diplomat bildirib ki, iqlim dəyişikliyi DİM-in əsasında dayanır, iqlim dəyişikliyi ilə mübarizə aparılmasa DİM-in də əhəmiyyəti olmayacaq. Diplomat qlobal cəmiyyətin artıq iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşdiyini deyib, o, bu il Britaniyada qeydə alınan rekord istiləri, Pakistanda güclü daşqınların səbəb olduğu tələfatı xatırladıb: "Cənab nazir Muxtar Babayevin də qeyd etdiyi kimi iqlim dəyişikliyi Azərbaycan üçün də təhlükəlidir, yağışların azalması, temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına birbaşa səbəb olur ki, bu da qida təhlükəsizliyini, kənd təsərrüfatını təhdid edir".

Diplomat ötən il Qlazqoda keçirilən COP26 konfransını xatırladaraq deyib ki, 151 ölkə bu konfransda emissiyalarla bağlı hədəflərini irəli sürüb və ya yeniləyib: "Bu il Misir bu konfransa ev sahibliyi edəcək ki, bu da çox çətin bir zamana təsadüf edir. Pandemiyadan sonra Rusiyanın Ukraynada işğal müharibəsinə başlaması enerji və qida təhlükəsizliyini çox ciddi təhdid edir. Mövcud iqlim dəyişikliyinin yaratdığı vəziyyəti daha da çətinləşdirir. Azərbaycan Qlazqoda keçirilən konfransda COP26-nın 11 öhdəliyinə qoşularaq liderlik nümayiş etdirib və biz bunu təqdir edirik və Azərbaycandan bu istiqamətdə daha çox gözləyirik, milli səviyyədə qanunvericilikdə addımlar gözləyirik".

Konfransda Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nagi Abdel Həmid də çıxış edib.

"Şübhəsiz ki, iqlim dəyişikliyi realdır, bütün ölkələr əl-ələ verib koordinasiyalı şəkildə işləməlidir", - o deyib.

Diplomat ölkəsinin bu il COP27-yə ev sahibliyi edəcəyini xatırladıb və deyib ki, o, ölkələrdən iqlim dəyişikliyi ilə mübarizədə öhdəliklərinə sadiq qalar bunun daha da irəliyə aparılmasına ümid edir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR