• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycan Rumıniyaya qaz nəqlinə başlayıb

İQTİSADİYYAT

01 Yanvar 2023 | 17:21 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Rumıniyaya qaz nəqlinə başlayıb

Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın “Romgaz S.A.” arasında imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə müqavilə aprelin 1-dək 300 milyon kubmetr mavi yanacağın vurulmasını nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR