• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Azərbaycan silahlanır, Ermənistan isə Rusiyadan..." - Ambartsumyan

SİYASƏT

02 Yanvar 2022 | 21:27 | Müəllif: Subhan Mahmudov

“Azərbaycan silahlanır, Ermənistan isə Rusiyadan..." - Ambartsumyan

Erməni hərbi ekspert Van Ambartsumyan "Fastinfo"ya verdiyi müsahibəsində bildirib ki, Azərbaycan ötən il çoxlu sayda silah alıb, üstəlik, heç vaxt onda olmayan silahlar alıb.

"Azərbaycan 18 ölkədən silah alıb, Qarabağda yeni hərbi hissələr açıb, Ermənistan isə Rusiyanın onun silahlarından xeyriyyə yardımı kimi nə göndərəcəyini gözləyir", - V.Ambartsumyan deyib.

Ekspert vurğulayır ki, Rusiya bəzən Ermənistana müxtəlif növ silahlar göndərir, lakin bu, kifayət etmir: "Ermənistanla Azərbaycan arasında silah balansı pozulur. Müharibə yenidən başlasa, bu tarazlıq Ermənistanın başında pozulacaq".(Milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026