• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Ordumuz Türkiyə modelinə uyğunlaşdırılır" - Zakir Həsənov

SİYASƏT

01 Fevral 2022 | 20:38 | Müəllif: Subhan Mahmudov

"Ordumuz Türkiyə modelinə uyğunlaşdırılır" - Zakir Həsənov

"Prezidentimizin tapşırığı ilə biz Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq. Türkiyənin bu istiqamətdə Azərbaycana böyük dəstəyi var. Biz bu istiqamətdə xeyli yol keçmişik".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə mətbuat konfransında deyib.

"Milli müdafiə nazirinə bir daha təşəkkürümü bildirirəm, o bizi bütün məsələlərdə dəstəkləyir. Əminəm ki, qısa zamanda Azərbaycan Ordusu öz döyüş qabiliyyətini artıracaq və Ordu ilə birgə fəaliyyətə hazır olacaq", - Z.Həsənov vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026