İyulun 1-də Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyası Şurasının iclası keçirilib. İclasda KTMT-nin tərəfdaş dövlətlər institunun təsis edilməsi ilə bağlı qərara gəlinib.
Bakıvaxtı.az xəbər verir ki, bunu açıqlamasında Rusiya Dövlət Dumasının mətbuat xidməti bildirib. Məlumata görə, müvafiq təklif Parlament Assambleyasına sədirlik edən Dövlət Dumasının spikeri Viçeslav Volodin tərəfindən edilib.
Dövlət Dumasının sədri xüsusilə qeyd edib ki, tərəfdaşlar KTMT-nin strukturlarında həlledici səs almayacaq, ancaq sənədlərin hazırlanmasında və kollektiv qərarların verilməsində iştirak etmək hüququ əldə edəcəklər. Volodin onu da vurğulayıb ki, dövlətlərə KTMT tərəfdaşı rəsmi statusunun verilməsi, prinsipləri bölüşən ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradacaq, beynəlxalq platformalarda kollektiv gündəmin təbliği və müdafiəsi üçün koordinasiyanı asanlaşdıracaq.
Dövlət Dumasının sədri bildirib ki, bir sıra dövlətlər təşkilat çərçivəsində əməkdaşlığa maraq göstərir .
Dumanın Avrasiya İnteqrasiya Komitəsinin rəhbəri Leonid Kalaşnikov tərəfdaş statusu üçün müraciət edən ölkələrin adlarına aydınlıq gətirib. O qeyd edib ki, yeni formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.
Kalaşnikovun sözlərinə görə, “hərçənd bu haqda danışmaq ənənəyə uyğun deyil”, amma bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.
















