• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycana uçuşların sayı ARTDI

GÜNDƏM

10 Iyun 2024 | 14:58

Azərbaycana uçuşların sayı ARTDI

Bu ilin yanvar-may aylarında Azərbaycana 9 818 aviareys təşkil olunub.

Bakıvaxtı.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş olub - 2 928 reys. Bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur.

Təkcə mayda isə Azərbaycana 2 228 aviareys təşkil olunub. Bu, illik müqayisədə 23,4 % çoxdur. Ötən ay Rusiyadan isə 689 uçuş olub ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.

Hesabat dövründə Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 2 083 uçuş olub ki, bu da illik müqayisədə 10,2 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 231 reyslə (+38,6 %) daxil olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026