• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Qarabağ Universitetində YENİ TƏYİNAT

GÜNDƏM

10 Iyul 2024 | 14:58

Qarabağ Universitetində YENİ TƏYİNAT

Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, H.Mirzəyev Azərbaycan Texniki Universitetində mühəndis-mexanik ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb, texnika elmləri üzrə fəlsəfə doktorudur. O, Azərbaycan Texniki Universitetində assistent, baş müəllim, dosent və "Müasir mexaniki intiqallar" elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib.

H. Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

Hüseyn Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024