• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

MSK sədri: Hansısa namizədin təşviqat başlamazdan əvvəl təbliğat aparması sübut edilməlidir

GÜNDƏM

09 Avqust 2024 | 10:30

MSK sədri: Hansısa namizədin təşviqat başlamazdan əvvəl təbliğat aparması sübut edilməlidir

Təşviqat kampaniyası başlamazdan öncə təbliğat aparan namizədlər olubsa, bununla bağlı sənəd təqdim edilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O, bununla bağlı sübutları özündə ehtiva edən rəsmi sənədlə müraciət ünvanlanmasının zəruri olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin avqustun 9-dan təşviqat mərhələsi başlayıb. Artıq təşviqat üçün hər dairə üzrə 16 qapalı, 27-ə yaxın açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024