• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda 1 ton yararsız ət AŞKARLANDI

CƏMİYYƏT

10 Fevral 2024 | 14:22 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda 1 ton yararsız ət AŞKARLANDI

Naxçıvan Muxtar Respublikasının Qaraçuk kəndində bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlanıb.

Bakıvaxtı.az xəbət verir ki, bu barədə Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.

Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Rahib Həsən oğlu Hüseynovun evinin həyətinə baxış zamanı oradan bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlayıb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026