• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda yoluxma 200-dən aşağı düşdü - 7 nəfər öldü

GÜNDƏM

29 May 2021 | 16:49

Azərbaycanda yoluxma 200-dən aşağı düşdü - 7 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 419 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 617 nəfər müalicə olunaraq sağalıb, 4 903 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 5 203 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 004, bu günə qədər isə ümumilikdə 3 503 639 test icra olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026