• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda doğuş zamanı ana öldü

HADİSƏ

09 Yanvar 2024 | 18:38 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda doğuş zamanı ana öldü

Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ölüm hadisəsi baş verib.

Bakıvaxtı.az bildirir ki, səhər saatlarında icra olunan doğuşdan sonra ana qanaxma səbəbindən dünyasını dəyişib, körpə isə sağdır.

Mərhumun yaxınlarının verdiyi məlumata görə bu, ananın dördüncü hamiləliyi olub. Yeni doğulan körpədən əlavə, ailənin üç azyaşlı övladı daha var.

Qeyd edək ki, ana bu gün dəfn olunub./azxeber.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026