• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsal həcmi açıqlanıb 

CƏMİYYƏT

26 Iyul 2022 | 15:36

Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsal həcmi açıqlanıb

2022-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 123,3 milyon manat təşkil edib ki, onun da 2 milyard 467,7 milyon manatı heyvandarlıq, 2 milyard 655,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az -a verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 100,0 faiz təşkil edib. 

Bu dövrdə heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 2,7 faiz azalıb. Bitkiçilik məhsulları istehsalında müşahidə edilən azalmanın əsas səbəbi hava şəraiti ilə əlaqədar cari ildə dənli və dənli paxlalı bitkilərin yığımına nisbətən gec başlanılması olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR