• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanda klub prezidenti HƏBS EDİLDİ

CƏMİYYƏT

10 Mart 2023 | 10:24

Azərbaycanda klub prezidenti HƏBS EDİLDİ

“Ağsu Siti" idman klubunun prezidenti Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, cinayət işi ilə bağlı bəzi detallar məlum olub.

İttihama görə, klub prezidenti 18 nəfərə müxtəlif formada yalan vəd verərək onları aldadıb.

İş üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 93 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin içində İknci Vətən Müharibəsi iştirakçıları da var.

Rəmzi Eminli əvvəl istintaqdan yayındığı üçün barəsində həbsli axtarış qərarı çıxarılıb, bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb,

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026