• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Elşad Miridən Hacı Şahinlə bağlı ŞOK ETİRAF

CƏMİYYƏT

09 Aprel 2023 | 00:44 | Müəllif: Subhan Mahmudov

Elşad Miridən Hacı Şahinlə bağlı ŞOK ETİRAF

"Hacı Şahinin yerinə bu gündən sonra kim təyin olunsa da, onu əvəz edə bilməyəcək. Azərbaycan dəyərli və olduqca savadlı bir din xadimini itirdi".

Bakıvaxtı.az bildirir ki, bu sözləri referans.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, Hacı Şahinin İslam dinini ən gözəl səviyyədə təbliğ edən bir şəxs olduğunu dilə gətirib:

"Son zamanlar Hacı Şahinin yerinə kimin gələcəyi aktual məsələlərdən biridir. Lakin mən belə düşünürəm ki, Hacı Şahinin yerinə kim təyin olunursa olunsun, o şəxs Hacını əvəz edə bilməyəcək, çünki Hacı Şahin kimi dininə və əqidəsinə bağlı ikinci bir şəxs ağlıma gəlmir. Düzdür, Hacı Şahinin bəzi dedikləri ilə, bəzi çıxışlarıyla razılaşmırdım, onu qınayırdım. O, özü də məni bəzən dediklərimə görə tənqid edirdi, mənimlə razılaşmırdı. Amma bu danılmazdır ki, Hacı Şahin çox gözəl insan, çox savadlı din xadimi idi. O, bu yaşda ölümü qazanmamışdı, amma aramızdan tez köçdü, ona Allahdan rəhmət diləyir, yaxınlarına və sevənlərinə isə səbr arzu edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026