• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

10 yaşlı şagirdin qızılcadan ölməsi TƏSDİQLƏNDİ - YENİLƏNİB

CƏMİYYƏT

30 Noyabr 2023 | 15:14

10 yaşlı şagirdin qızılcadan ölməsi TƏSDİQLƏNDİ - YENİLƏNİB

195 nömrəli tam orta məktəb IV sinif şagirdinin ölümü ilə bağlı məlumat yayıb.

Məktəbdən Bakıvaxtı.az-a verilən məlumata görə, valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər:

    "Müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib.

    Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır. Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək.

    Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.

    Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir".

     

    ***

    12:56

     

    Qızılcadan ölüb deyilən şagirdlə bağlı TƏBİB məlumat yayıb.

    Bakıvaxtı.az xəbər verir ki, məlumatda deyilir:

    "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

    Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

    Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür".

    ***

    12:07

    Azərbaycanda məktəbli qızılcadan ölüb.

    Bakıvaxtı.az bildirir ki, bunu 195 saylı orta məktəbin direktoru Laçın Hüseyinli deyib.

    Son 5 gündə 200-dən çox yoluxma olduğunu deyən direktor 3 növbəli məktəbin bir nəfər də olsa, həkimi olmadığını söyləyib.

    L.Hüseyinli əlavə edib ki, iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmayıb./olke.az


    SON XƏBƏRLƏR

    26 Iyul 2024