• Bakı 26° C

    14.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Azərbaycanda neçə uşaq şəkər xəstəsidir?

CƏMİYYƏT

28 Noyabr 2024 | 14:00

Azərbaycanda neçə uşaq şəkər xəstəsidir?

Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb.

Bakıvaxt.az xəbər verir ki, bunu AzərTac-a açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova məlumat verib.

O qeyd edib ki, ümumi ölkə üzrə 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir: “Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub”.

Mərkəz direktoru bu ay qeyd olunan Beynəlxalq Diabetlə Mübarizə Gününün həmin xəstəlikdən əziyyət çəkənlər üçün vacib olduğunu açıqlayıb: “Çünki insanlar şəkərli diabetin təsirləri barədə ətraflı maariflənirlər, vaxtında diaqnoz qoyulması və fəsadlarının aradan qaldırılması istiqamətində görülən müalicələr barədə öyrənirlər”.

Qeyd edək ki, Beynəlxalq Diabetlə Mübarizə Günü hər il noyabrın 14-də qeyd edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026