• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Azərbaycanda ölmüş şəxsin vergi borcunu varisi ödəyəcək, amma..." - AÇIQLAMA

CƏMİYYƏT

03 Noyabr 2021 | 16:28

"Azərbaycanda ölmüş şəxsin vergi borcunu varisi ödəyəcək, amma..." - AÇIQLAMA

Dünən təklif edilən məsələlərdən biri də ölmüş hesab edilən şəxsin vergi borcunun varisi tərəfindən ödənilməsidir. Bu təklif əhali arasında böyük müzakirələrə və narazılıqlara səbəb olub.

Bəs əhali etiraz etməkdə haqlıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu qərar ciddi problemlərə yol açır:

"Yeni təkliflərdən biri də həyatdan köçmüş insanların vergi borcunun onun varisləri tərəfindən ödənilməsi məsələsidir. Bu məsələ qaydalara salınmaq istənilir. Əslində, varisliklə bağlı qanunvericiliyə uyğun olaraq, belə bir addımın atılması mümkündür. Sadəcə ciddi problemlərdən biri ondan ibarətdir ki, Azərbaycanda varislik instiutu, ümumiyyətlə varislərin təyin edilməsi çox zaman ciddi problemlərlə qarşılaşır. Əgər vətəndaş özü varisini sağ olarkən təyin etmirsə, bu çox ciddi məhkəmə çəkişmələrinə, qohumlar arasında problemlərə səbəb olur. Yəni burda məhkəmə qaydasında varisi təyin edən şəxsdənmi söhbət gedir, yoxsa bütün varislərəmi şamil ediləcək dəqiqləşdirilməlidir. İkinci bir məsələ ondan ibarətdir ki, Azərbaycanda həyatdan köçmüş insanların varisləri həmin şəxslərin sosial müdafiə və təqaüd fondunda yığılmış vəsaitlərinin alınmasında ciddi problemlərlə üzləşirlər. Əgər dövlət vergi borcunun varislər tərəfindən ödənilməsi qaydasını tədbiq etmək istəyirsə, Sosial Müdafiə Fonduna yığılan vəsaitin varis tərəfindən alınması da təmin edilməlidir. Bu daha asan prosedur qaydalarına uyğun aparılmalıdır".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR