• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda "Omikron"a yoluxanların hamısı sağalıb - TƏBİB

CƏMİYYƏT

21 Yanvar 2022 | 11:39 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda "Omikron"a yoluxanların hamısı sağalıb - TƏBİB

"Bundan öncə seçmə yolu ilə "Omikron" ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda “Omikron” yayılmağa başladığı ölkələrdə "Delta" ştamını üstələyir və yoluxmaların əksəriyyətinin “Omikron” ilə əlaqəli olduğu bildirilir: "Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026