2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayına nisbətən 106 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,0 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,2 faiz təşkil edib.
Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,9 faiz təşkil edib.