Gəncə şəhərində evdə partlayış olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ehtiyatsızlıqdan baş verib.
Belə ki, yerli sakin olan qadının mənzilində suqızdırıcının partlayıb. Nəticədə o, yanıq xəsarətləri alıb.
Qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Report
















