• Bakı 14° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şirvanda 40 yaşlı kişi qətlə yetirildi

HADİSƏ

18 Iyun 2021 | 18:48

Şirvanda 40 yaşlı kişi qətlə yetirildi

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə münaqişə zəminində Şirvanın köhnə şəhər massivi adlanan ərazisində qeydə alınıb.

Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxi Veys oğlu tanışı tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq yaralı əməliyyat stolunda ölüb. Münaqişə zamanı yaralanan şəxsin qardaşı oğlu Murad Babayev də qulağından yüngül bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026