• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Saatlıda ağır yol qəzası - ölən və xəsarət alan var

HADİSƏ

16 Iyul 2021 | 23:05

Saatlıda ağır yol qəzası - ölən və xəsarət alan var

Saatlıda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Saatlı rayonunun Ağarəhimli kənd sakinləri, 1983-cü il təvəllüdlü Zeynalov Vahid Zakir oğlu hadisə yerində ölüb, Məmmədov Vüsal Əbülfət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Ölən və yaralının rayonda fəaliyyət göstərən “Barkot” firmasının işçiləri olduğu bildirilir.

Faktla bağlıaraşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026